...

"Bumble" təsisçisi dünyanın ən gənc qadın milyarderi olub

Maliyyə Materials 13 Fevral 2021 08:13 (UTC +04:00)
"Bumble" təsisçisi dünyanın ən gənc qadın milyarderi olub

Bakı. Trend:

"Bumble" tanışlıq xidmətinin rəhbəri və qurucusu 31 yaşlı Vitney Volf Herd sərvətini təkbaşına qazanan dünyanın ən gənc qadın milyarderi olub.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, "Bumble" tətbiqinin səhmlərinin Vitney Volf Herdə aid payının dəyəri 1,6 milyard dollar (21,54 milyon səhm, şirkətin 11,6 faizi) təşkil edir.

"Bumble" satışa çıxarıldığı andan ABŞ-da ən sürətlə yayılan mobil tanışlıq tətbiqlərindən biri olub. Şirkətin uğuru Herdi "Forbes"in "2020-ci ildə ABŞ-da ən uğurlu qadın sahibkar və rəhbərlər" siyahısına daxil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti