...

Ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub - Samir Şərifov

Maliyyə Materials 27 May 2021 12:44 (UTC +04:00)
Ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub - Samir Şərifov

Bakı. Elçin Mehdiyev- Trend:

Ağır iqtisadi fəsadlara baxmayaraq ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci il üçün nəzərdə tutulan bütün sosial layihələrin maliyyələşdirilməsi tam təmin olunub.

S.Şərifov həmçinin qeyd edib ki, tezliklə öz doğma məskənlərinə dönəcək məcburi köçkünlərlə bağlı işlər də davam etdirilir: “Eyni zamanda ötən il hərbi qulluqçulara 485 mənzil verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti