...

AİB pandemiyaya görə Azərbaycana 250 milyon dollar kredit ayırır (ƏLAVƏ OLUNUB)

Maliyyə Materials 7 İyul 2021 12:04 (UTC +04:00)
AİB pandemiyaya görə Azərbaycana 250 milyon dollar kredit ayırır (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) koronavirus pandemiyasının tibbi, sosial və iqtisadi fəsadlarının yumşaldılması üzrə kompleks planın reallaşdırılmasına dəstək məqsədilə Azərbaycana 250 milyon dollar məbləğində kreditin ayrılmasına razılıq verib.

Trend-in məlumatına görə, bunu AİB-in prezidenti Masatsuqu Asakava deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının fəsadları Azərbaycanın iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində əldə etdiyi nailiyyətləri heçə endirə bilər:

"AİB əvvəlki kimi Azərbaycana dəstək göstərməyə hazırdır və bu proqram hökumətə pandemiya ilə mübarizə üzrə tədbirləri davam etdirməyə, əhalinin həssas təbəqəsinin müdafiəsinə və iqtisadiyyatın bərpasının əsasını qoymağa imkan verəcək".

Bank prezidenti bildirib ki, pandemiya dövründə məhdudiyyətlər ticarətin, turizmin, pul köçürmələrinin və istehlakçı tələbinin azalmasına gətirib çıxarıb, bununla yanaşı isə qlobal iqtisadi azalma ilə əlaqədar neft gəlirləri azalıb:

"Bankın COVID-19-a çevik reaksiyası və xərclərin dəstəklənməsi üzrə proqramı səhiyyə, sosial müdafiə və makroiqtisadi sabitlik sahələrində hökumətin cari işlərinə büdcə dəstəyini təmin edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti