...

Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb

Maliyyə 24 Yanvar 2022 14:30 (UTC +04:00)
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb

Bakı. Trend:

Əhalinin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla)
dekabrda əvvəlki ayla müqayisədə 1.7% (151.5 mln. manat), ötən ilin müvafiq
dövrünə nəzərən isə 12.3% (987.8 mln. manat) artaraq 9,032.4 mln. manat təşkil
edib ki, bu da tarixi maksimumdur.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, əmanət portfelinin 59.1%-i (5,339 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 9.8 faiz bəndi
azalaraq 41% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti