...

Azərbaycanda ödəniş sistemləri lisenziya əsasında işləyəcək - Mərkəzi Bank

Maliyyə Materials 29 Sentyabr 2022 13:40 (UTC +04:00)
Azərbaycanda ödəniş sistemləri lisenziya əsasında işləyəcək - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ödəniş sistemləri fəaliyyətlərini lisenziya əsasında davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu həll "Ödəniş xidmətləri və sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

"Hazırda bu layihə müxtəlif dövlət strukturlarının müzakirəsinə təqdim olunub. Qanun qüvvəyə mindikdən sonra Mərkəzi Bank tərəfindən ödəniş təşkilatlarının, bank olmayan təşkilatların, eləcə də vasitəçilərin fəaliyyəti tənzimlənəcək. Bu fəaliyyət icazəli və lisenziyalı olacaq. Bu təşkilatlara texnoloji təhlükəsizlik və tənzimləmə tədbirləri tətbiq olunacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti