...

Azərbaycanda özəl şirkətlər dövlət təminatı ilə istiqrazlar buraxa bilər

Maliyyə Materials 11 Noyabr 2022 11:53 (UTC +04:00)
Azərbaycanda özəl şirkətlər dövlət təminatı ilə istiqrazlar buraxa bilər
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda özəl şirkətlər dövlət təminatı əsasında istiqrazlar buraxmaq yolu ilə vəsait cəlb edə bilər.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktor müavini Samir İsmayılov Bakı Fond Birjasının təşkil etdiyi "Emitent günü"nə həsr olunmuş videokonfrans zamanı deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank şirkətlərin kapital bazarına cəlb olunması üçün addımlar atır.

"Bu ilin avqustunda korporativ istiqrazların təminatı mexanizmi təsdiq olunub. Yəni, bu mexanizm istiqrazlara da tətbiq olubnacaq. Kapital bazarında maliyyələşmə əldə etmək istəyən şirkətlər dövlət təminatı əsasında istiqrazlar buraxa bilər. Bu məqsədlə müvafiq qaydalar hazırlanır və 2023-cü ilin yanvarınadək istiqrazların təminatı qaydaları təsdiq ediləcək", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti