...

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Maliyyə Materials 6 Fevral 2023 11:45 (UTC +04:00)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftənin əvvəli ABŞ Federal Ehtiyyatlar Sisteminin, İngiltərə və Avropa Mərkəzi Banklarının faiz qərarlarından sonra geriləyən dollar indeksi cümə günü Amerikada dərc olunan əmək bazarı, xüsusilə də "NFP" göstəricilərinin proqnozların üzərində açıqlanması fonunda 102.60 bənd hədlərinə qədər yüksəldi. Nəticədə EURUSD məznnəsi 1.0790, GBPUSD məzənnəsi isə 1.2050 hədlərinə qədər ucuzlaşdı.

Bu həftə İngiltərədə açıqlanacaq ÜDM-in həcmi və FED sədri Jerom Pavelin çıxışı, eləcə də, aparıcı mərkəzi bankların üzvlərinin monetar siyasətin gələcəyi ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olacaq.

Təhlillərə əsasən “Buğa”lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EURUSD və GBPUSD məzənnələrində eniş tendensiyası daha kəskin xarakter ala bilər.

EUR

Ötən həftənin cümə günü Amerikada əmək bazarı göstəricilərinin proqnozların xeyli üzərində açıqlanmasından sonra kəskin ucuzlaşan EURUSD məzənnəsi həftəni 1.0790 səviyyəsində tamamladı. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.05$ hədlərinə qədər ucuzlaşa bilər. Qeyd edək ki, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı, eləcə də Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri tendensiyanın gedişinə ciddi təsir edə bilər.

GBP.

Ötən həftənin sonu 1.2050$ hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyində bu həftə İngiltərədə açıqlanacaq iqtisadi inkişaf səviyyəsinə dair göstəricilər həll edici rol oynaya bilər.

TRY.

USDTRY məzənnəsi ötən həftə ərzində 18,80TL həddindəki maksimumunu qorumaqla üfüqi tendensiyasını davam etdirib. Bu həftə dollar indeksində müşahidə olunacaq tendensiya USDTRY məzənnəsində də trendin formalaşmasına ciddi təsir edə bilər.

GOLD.

Amerikada əmək bazarı göstəricilərinin dərcindən sonra DXY-ın 102.60 bənd səviyyəsinə yüksəlməsi fonunda qızıl kəskin ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edər və 103.50 bənd səviyyəsi üzərində möhkəmlənə bilsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti