Bakı. Trend:
"Bank BTB"nin idarə heyətinin sədri Emil Rzayev öz vəzifəsini tərk edib.
Trend bu barədə bazar ertəsi bankın mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, onun vəzifəsini müvəqqəti olaraq Eldəniz Hüseynov icra edir. İdarəetmə heyətinin sədr müavinləri isə Rauf Qurbanov və Zaur Yusifov təyin ediliblər.
Bundan başqa, Müşahidə Şurasının üzvü Əliş Tağıyev da vəzifəsini tərk edib, Rövşən Fərhad-zadə isə Müşahidə Şurasının yeni üzvü seçilib.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 66,45 milyon manat təşkil edir.