Bakı. Trend:
2024-cü ilin birinci rübündə Azərbaycanın birbaşa xarici investisiyalarının (BXİ) həcmi 330 milyon ABŞ dolları olub.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən media brifinqində deyib.
"Azərbaycandan BXİ həcminə görə lider 5 ölkə siyahısına BƏƏ (65,787 milyon dollar), Türkiyə (40,03 milyon dollar), Avstriya (28,951 milyon dollar), Qırğızıstan (25,962 milyon dollar) və Böyük Britaniya (23,897 milyon dollar) daxildir", - deyə o vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana birbaşa xarici investisiyaların həcmi 3,1 milyard ABŞ dolları olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6,658 milyard ABŞ dolları olub (6,1 faiz artım).
(Tərcümə: Rəna Əbdürəhmanova)