...

Moldovanın energetika naziri Azərbaycan-Aİ "yaşıl" dəhliz layihəsinə qoşulmağın mümkünlüyü barədə açıqlama verib (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 5 Mart 2024 08:08 (UTC +04:00)
Moldovanın energetika naziri Azərbaycan-Aİ "yaşıl" dəhliz layihəsinə qoşulmağın mümkünlüyü barədə açıqlama verib (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova istehlakçıları enerji resurslarını Azərbaycan-Aİ "yaşıl" dəhlizi vasitəsilə ala biləcəklər.

Bunu Trend-ə özəl müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.

Parlikovun sözlərinə görə, Azərbaycan göstərdi ki, ölkənin ənənəvi enerji resursları ilə zəngin olmasına baxmayaraq, burada “yaşıl gündəm" də aktualdır.

“Azərbaycandan Avropaya yaşıl enerjinin çatdırılması üçün Qara dənizin dibi ilə kabel çəkilişi layihəsi, eləcə də bərpa olunan enerjinin istehsalı üzrə ölkə daxilində həyata keçirilən layihələr Avropa ilə Xəzər regionu arasında yeni enerji əlaqələrinin yaradılmasına imkan yaradır. Coğrafi baxımdan Moldovanın belə bir layihədə iştirak etməsi çətin olardı. Bu layihə bizə dolayısı ilə Rumıniya bazarı vasitəsilə təsir edəcək. 5-6 ildən sonra Moldova Avropa enerji bazarının tam hüquqlu hissəsinə çevriləcək. Biz əslində Rumıniya ilə bir bazar olacağıq. Müvafiq olaraq, bu kabel Rumıniya bazarına çatarsa, Moldovada istehlakçılar da eyni enerjini ala biləcəklər. Bu mənada bu kabelin Moldovadan keçməsi o qədər də vacib deyil, amma biz tədricən Aİ bazarına inteqrasiya etdiyimiz üçün hər halda bu layihə ilə çox maraqlanırıq və onu dəstəkləyəcəyik”, - deyə nazir bildirib.

Parlikov qeyd edib ki, Moldovanın enerji sistemi Azərbaycandan kiçikdir və müvafiq olaraq layihələrin miqyası da xeyli kiçikdir.

“Eyni zamanda, investisiyaları cəlb etdiyimiz mexanizmlər oxşardır və biz Azərbaycanla təcrübə mübadiləsində kifayət qədər maraqlıyıq. Biz təxminən 60 meqavat günəş enerjisi, 100 meqavatdan bir qədər çox külək enerjisi üzrə hərraclar keçiririk. Bu hərracların modeli ondan ibarətdir ki, istehlakçıya ən yaxşı qiymət təklif edən şirkət bu enerjini dövlət şirkəti vasitəsilə Moldovada istehlakçılara təklif etdikləri qiymətə 15 il ərzində sata biləcək. Bu, müəyyən gəlirlərə zəmanət verdiyimiz mexanizmdir, lakin biz həm də istehlakçılara ən yaxşı qiymət təklif etməyə çalışırıq. Moldova bazarı kiçikdir. Vahid təchizatçıdan asılılıqdan qurtulmaq bizim üçün vacib idi. İndi biz kommersiya şərtləri ilə qaz almağa hazırıq”, - deyə o əlavə edib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti