...

BMT-də "yaşıl" texnologiyalar üzrə nəqliyyatın inkişafı müzakirə olunacaq

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 14:59 (UTC +04:00)
BMT-də "yaşıl" texnologiyalar üzrə nəqliyyatın inkişafı müzakirə olunacaq
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 17-də Nyu-Yorkda BMT Baş Assambleyası tərəfindən keçirilən "Davamlı inkişaf həftəsi" çərçivəsində BMT-nin müasir "yaşıl" texnologiyalar əsasında dayanıqlı nəqliyyat üzrə yüksək səviyyədə müşavirəsi keçiriləcək.

Trend bu barədə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir.

Məlumata görə, IRU baş katibi Umberto de Pretto "İntermodal nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, sosial inklüziv və ekoloji cəhətdən təmiz nəqliyatın inkişafı" üzrə müzakirələr çərçivəsində nitqlə çıxış edəcək.

"Bu müşavirə 2026-2035-ci illər üzrə "Dayanıqlı Nəqliyyat Onilliyi" planının dəqiqləşdirilməsinə töhfə verəcək və BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyinin icrasının sürətləndirilməsi üçün dayanıqlı nəqliyyatın mövcudluğu və fəaliyyətinin əhəmiyyətini vurğulayacaq", - deyə IRU-dan bildiriblər.

Qeyd edək ki, IRU dünyanın 100-dən çox ölkəsinin təqribən dörd milyon şirkətinin maraqlarını təmsil edir, logistika, qlobal nəqliyyat marşrutlarının inkişafı məsələləri ilə məşğul olur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti