...

COP29 bütün dünya üçün iqlim gündəliyini irəli aparmaqla bağlı yaxşı imkandır - Zoltan Szalai

Yaşıl iqtisadiyyat Materials 22 May 2024 12:21 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29 bütün dünya üçün iqlim gündəliyini irəli aparmaqla bağlı yaxşı imkandır.

Trend xəbər verir ki, bu barədə bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Zoltan Szalai ADA Universitetində keçirilən "İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər" mövzusunda semninarda deyib.

"Bu il COP29 konfransı Azərbaycanda keçiriləcək. Fikrimcə, bu təkcə ölkə üçün deyil, həm də bütün dünya üçün iqlim gündəliyini irəli aparmaqla bağlı mühüm siyasi imkan olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ iqlim dəyişmələri ilə mübarizə sahəsində təkcə universitetlərlə deyil, Azərbaycan hökuməti ilə də sıx əməkdaşlıq edir.

"Aİ Azərbaycanla ikitərəfli və regional səviyyədə əməkdaşlığı çərçivəsində mənfi nəticələr olmadan iqlim sahəsində fəaliyyətimizi aktivləşdirməyin yollarını araşdırmağa hazırdır. Azərbaycana nəqliyyat sahəsi ilə bağlı iqlim siyasətini inkişaf etdirməyə kömək göstərilməsini buna misal olaraq göstərmək olar", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti