...

COP29-un Baş danışıqçısı Tokioda tədbirdə iştirak edib

Yaşıl iqtisadiyyat Materials 23 May 2024 15:41 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Tokioda keçirilən Qlobal Şəffaflıq Forumunda (Global Transparency Forum) iştirak edib.

Trend bu barədə "COP29 Azerbaijan"ın sosial şəbəkədəki məlumatına istinadən xəbər verir.

"COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tokida istixana qazlarının azaldılması və adaptasiya üzrə milli səviyyədə müəyyən edilmiş öhdəliklərin (NDC) üzrə milli öhdəliklər üzrə ambisiyanın artırılmasında şəffaflıq üzrə yüksək səviyyəli dialoqda iştirak edib. Dialoqda milli səviyyədə müəyyən edilmiş öhdəliklərin icrası ilə iqlim dəyişikliyi ilə mübarizənin necə təkmilləşdirilə biləcəyi və BMT-nin iqlim dəyişikliyinə dair Paris Sazişinin məqsədlərinin həyata keçirilməsi istiqamətində ölkələr arasında etimadın necə möhkəmləndirilə biləcəyi müzakirə olunub", - məlumatda deyilir.

"Bütün tərəflərlə işləməyə davam edərək COP29-dək mühüm sənədlərin, o cümlədən iki illik milli səviyyədə müəyyən edilmiş öhdəliklərin hazırlanmasında onları dəstəkləyəcəyik", - Y.Rəfiyev deyib.

Qeyd edək ki, Yalçın Rəfiyev Tokioda keçirilən yüksək səviyyəli dialoqda Yaponiyanın qlobal ətraf mühit məsələləri üzrə nazir müavini, BMT-nin İnkişaf Proqramının (BMTİP) iqlim dəiyşmələri məsələləri üzrə direktoru və Qlobal Ekologiya Fondunun (QEF) aparıcı mütəxəssisi ilə birgə çıxış edib.

İkinci panel müzakirəsində Y.Rəfiyev COP28 üzrə Baş danışıqçının müavini İman Ustadi və COP30 üzrə Baş danışıqçı Tulio Andrade ilə birlikdə çıxış edib.

Xatırladaq ki, noyabrın 11-24-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransı keçiriləcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu il 11-24 noyabr tarixləri ərzində Bakı şəhərində keçiriləcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti