...

Energetika naziri "S&P Global Commodity Insights" şirkətinin vitse-prezidenti ilə görüşüb

Yaşıl iqtisadiyyat Materials 23 May 2024 16:35 (UTC +04:00)
Energetika naziri "S&P Global Commodity Insights" şirkətinin vitse-prezidenti ilə görüşüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov "S&P Global Commodity Insights" şirkətinin vitse-prezidenti Karlos Paskual ilə görüşüb.

Trend bu barədə energetika nazirinin "X" platformasındakı paylaşımına istinadən xəbər verir.

""S&P Global Commodity Insights" şirkətinin vitse - prezidenti Karlos Paskual ilə görüşdə qlobal enerjin keçidi, Azərbaycanın yaşıl enerji gündəliyinin icrası və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə müzakirələr apardıq. Ölkəmizin milli və regional səviyyələrdə enerji təhlükəsizliyi və dayanıqlı inkişafa töhfə verən "yaşıl" enerji zonaları, "yaşıl" enerji dəhlizlərinin yaradılması, sənaye miqyaslı bərpa olunan güclərinin istifadəyə verilməsi və dekarbonizasiya tədbirləri ilə bağlı fəaliyyətini nəzərdən keçirdik", - paylaşımda deyilir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti