...

İxtisas deyil, ixtisasların özündə "yaşıl" dəyərlərin formalaşdırılması önəmlidir - Komitə sədri

Yaşıl iqtisadiyyat Materials 27 May 2024 10:41 (UTC +04:00)
İxtisas deyil, ixtisasların özündə "yaşıl" dəyərlərin formalaşdırılması önəmlidir - Komitə sədri
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Çox vacib məsələlərdən biri "yaşıl" keçid üzərindən olan yeni çağırışlardır. Çünki hər hansı ixtisas deyil, ixtisasların özündə "yaşıl" dəyərlərin formalaşdırılması önəmlidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu təfəkkürə malik, məsuliyyət daşıyan gələcək nəsillərin də hüquqlarını təmin etməklə, iqtisadiyyatımızı təbiətin qorunması, tullantısız iqtisadiyyatın yaradılmasına istiqamətlənən qərarlar qəbul ediləcək.

O bildirib ki, Azərbaycan təhsil sahəsində bu çərçivədə qanunvericilik də daxil olmaqla bir sıra addımlar atıb:

"Bu işlər sürətlə davam edəcək. Əlbəttə, bu, təkcə təhsil sahəsində deyil, cəmiyyətdə də öz əksini tapmalıdır. "Yaşıl" cəmiyyətin formalaşdırılması bütün tərəflərin birgə məsuliyyəti əsasında zəruri qərarlar qəbul etməsindən keçir. Bu istiqamətdə kifayət qədər işlər gedir. Ölkə başçısı da dəfələrlə öz çıxışlarında bu məsələyə toxunub. Fakt olaraq qarşımıza qoyulan hədəflərə çatmaq üçün fəaliyyət planı hazırlanır. Həmin fəaliyyət planı bizə hədəflərə qısa zamanda çatmağa imkan verəcək".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti