Bakı. Trend:
Su ehtiyatları COP29 tədbirlər proqramının mühüm hissəsidir.
Trend xəbər verir ki, bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasət Araşdırmaları, Təhlil və Nəşrlər şöbəsinin direktoru Damyan Krneviç Mişkoviç ADA Universitetində keçirilən təlim sessiyasında deyib.
"Su ehtiyatları COP29 sədrliyinin tədbirlər planının və tematik proqramının mühüm hissəsidir. İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi kontekstində su probleminin həlli kompleks yanaşma tələb edir. Bu proses təkcə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərini deyil, həm də universitetləri, təhlil mərkəzlərini, özəl sektoru, beynəlxalq və regional bankları, QHT-ləri, fiziki şəxsləri və digər tərəfləri əhatə edir", - o deyib.
Krneviç Mişkoviç qeyd edib ki, COP29 sədrliyinin konsepsiyasının əsasları inəticələrin yumlaşdılması, adaptasiya və iqlim dəyişmələrinə dayanıqlılığın maliyyə aspektləri ilə bağlıdır və ən əsası, onlar birbaşa su problemləri ilə əlaqəlidir.
O vurğulayıb ki, COP29 sədrliyinin əsas danışıqlar prioriteti iqlim maliyyələşdirməsi üzrə yeni kollektiv kəmiyyət hədəfi (NCQG) üzrə razılığın əldə edilməsidir.
"Əvvəlki minimum maliyyələşdirmə səviyyəsi 100 milyard dollar idi və o, vaxtında və tam həcmdə yerinə yetirilmədi. Bu əvvəlki rəqəm, yəni 100 milyard dollar, inkişaf etməkdə olan dünyanın karbohidrogen əsaslı iqtisadiyyatdan uzaqlaşması üçün, demək olar ki, kifayət deyil", - Krneviç Miskoviç deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)