...

SOCAR metan emissiyalarını izləmək üçün süni intellektdən daha çox istifadə etməyi planlaşdırır

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 13:26 (UTC +04:00)
SOCAR metan emissiyalarını izləmək üçün süni intellektdən daha çox istifadə etməyi planlaşdırır
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR metan emissiyalarını izləmək, məlumatları emal etmək və metan emissiyalarını azaltma prosesini idarə etmək üçün süni intellektdən daha çox istifadə etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən “Metanla bağlı irəliləyiş: Qlobal metan emissiyalarının azaldılması üzrə təşəbbüs (AGMR)” adlı konfransda bildirib.

O, şirkətin dekarbonizasiya prosesini optimallaşdırmaq üçün emissiyaların mütəmadi ölçmələrini apardığını vurğulayıb.

“Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini araşdırırıq. Həmçinin, peşəkar şirkətləri cəlb edərək, yer səthində ölçmə metodlarından istifadə etməyə başladıq. Onlarla birlikdə metan emissiyalarımızla mübarizəni optimallaşdırmağa kömək edəcək süni intellekt alətini inkişaf etdiririk”, - o deyib.

Ə.İsaev, “SOCAR”-ın 2023-cü ilin dekabrında dekarbonizasiya ilə bağlı beynəlxalq bəyannaməyə qoşulduğunu xatırladaraq, bunun mərhələli dekarbonizasiyanı (2030, 2035 və 2050-ci illər) nəzərdə tutduğunu bildirib və 2050-ci ildə isə sıfır emissiyaya çıxma gözlənilir.

“Metan üzrə 2035-ci ildə artıq 0,2 faiz emissiya intensivliyinə çata bilərik və bu nəticə üzərində fəal işləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan COP29 çərçivəsində metan bəyannaməsinin imzalanmasını təşviq edib, eləcə də, qida istehsalı sahəsində metan emissiyalarının azaldılması təşəbbüsü ilə çıxış edib.

Keçən həftə Nyu-Yorkda IEA və COP29 rəhbərliyi BMT Baş Assambleyasının çərçivəsində metanla bağlı yüksək səviyyəli Dialoq keçirib.

Qeyd olunub ki, SOCAR-ın metan emissiyalarını izləmək və onların azaldılması üçün müxtəlif metodlar üzrə atdığı addımlar IEA tərəfindən müsbət qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti