Bakı. Trend:
ABŞ Azərbaycanla İqlim Maliyyəsi üzrə Fəaliyyəti Fondu üzərində işləyir.
Bunu Bakıda keçirdiyi brifinqdə Trend-in sualını cavablandırarkən ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta deyib.
"Biz şadıq ki, bu istiqamətdə təşəbbüs göstərilir. Detallar hələ də işlənir. Biz onlarla bir sıra məsələlər üzərində işləyirik, lakin hazırda düşünürəm ki, bu, hələ də davam edən bir işdir və biz iki həftədən sonra Vaşinqtonda Dünya Bankının görüşləri zamanı, həmçinin, noyabrda buraya qayıdanda keçirəcəyimiz görüşlərdə yeniliklər gözləyirik", - deyə o əlavə edib.