Bakı. Trend:
Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.
Trend xəbər verir ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:
* Rəqəmsal innovasiyaların iqlim strategiyalarına
inteqrasiyası;
* Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və
adaptasiyanın təkmilləşdirilməsi;
* Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan
qaldırılması;
* Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş
etdirilməsi;
* Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə
uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının
yaradılması.
Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.