...

Gənclərin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində iştirakı təmin edilməlidir - Məhəmməd Usrof

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 12:39 (UTC +04:00)
Gənclərin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində iştirakı təmin edilməlidir - Məhəmməd Usrof
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərin iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində iştirakı təmin edilməlidir.

Trend xəbər verir ki, bunu iqlim müzakirələri üzrə Fələstin gənclər qrupunun rəhbəri Məhəmməd Usrof COP29 liderlərinin Gənclər Forumu zamanı deyib.

"Mənim yeganə rolum burada imkanları yaymaq və həm özüm, həm də başqaları üçün bərabər təmsilçiliyi, bərabər imkanları təmin etməkdir", - o qeyd edib.

O, cəmiyyətin bu prosesdə mümkün qədər çox gəncin iştirakını təmin etməli olduğunu və əldə edilə biləcək imkanlara diqqət yetirməli olduğunu vurğulayıb.

"Iqlim dəyişikliyi ilə bağlı səhv qərarlar barədə deyə bilərəm ki, mənim fikrimcə, əgər biz hələ də qaz emissiyalarını izləyə bilmiriksə, iqlim dəyişikliyini nəzərdən keçirə bilmərik. Bu məsələləri BMT səviyyəsində diqqətə çatdırmaq və onları bir az daha institusionalizasiya etməyə çalışmaq lazımdır", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti