...

Azərbaycanda rabitə sahəsində xidmətlərin həcmi artır

Telekommunikasiya Materials 18 Sentyabr 2007 05:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-avqust aylarında Azərbaycanda təşkilatlar və əhaliyə göstərilən rəbitə xidmətlərinin həcmi 441,5 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin anoloji dövrü ilə müqayisədə 19,8 faiz çoxdur. Azərbaycan Dövlət statistika komitəsinidən verilən məlumatda belə deyilir.

Rabitə xidmətlərinin həcmi ölkənin bölgələrində də artıb. Quba - Xaçmaz iqtisadi rayonunda xidmətlərin artımı 28,7 faiz, Şirvanda - 21,1 faiz, Şəki-Zaqatalada - 20,6 faiz, aranda - 21,2 faiz, Naxçıvanda - 33 faiz, Lənkəranda - 25,8 faiz, Abşeronda - 18,6 faiz və Gəncə - Qazaxda - 17,8 faiz təşkil edib.

Bu müddət ərzində rabitə sahəsində məşğul olanların sayı 21,6 min. təşkil edib, onların əmək haqqı keçən ilki göstəricini 39,4 faiz üstələyərək 293,8 min manata bərabər olub. Dövlət müəssisələri üzrə əmək artımı 22,4 faiz, şəxsi sektor üzrə isə 43,9 təşkil edib.

Xəbər lenti

Xəbər lenti