Azərbaycan, Bakı / Trend / Azərbaycanda ilk dəfə məşhur müğənni Elton Con 1 günlük konsert proqramı ilə çıxış edəcək. Möhtəşəm konsert sentyabrın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Konsertinin təşkilatçıları Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Neft Şirkəti, AZERFON BM (Nar Mobile ticarət nişanı) və Art Community şirkətləridir.
"Azərfon"un mətbuat xidmətinin verdiyi məlumata görə, unudulmaz konsert proqramında iştirak etmək üçün, sadəcə olaraq, Nar Mobile satış nöqtələrinin birinə müraciət emək kifayətdir.
Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır.