...

Nobel mükafatı laureatı Ayvar Cayever İT konfransında iştirak etmək məqsədilə Bakıya gəlib

Telekommunikasiya Materials 25 Sentyabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Fizika sahəsində Nobel mükafatı laureatı Ayvar Cayever sentyabrın 26-29-da Bakıda keçiriləcək "Yüksək texnologiyalar sahəsində maddi və informasiya elmləri" birinci beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gəlib.

Norveç-Amerika fiziki Cayaver 1929-cu il aprelin 5-də Berqendə anadan olub. 1948-ci ildə Norveçin Tronxeymedə yerləşən Texnologiya İnstitutuna daxil olub, 1952-ci ildə mühəndis-mexanik diplomu ilə həmin institutu bitirib. Kanadada yaşadığı dövrdə memar köməkçisi işləyib, sonra isə "Ceneral elektrik" şirkətinin mühəndis proqramının reallaşmasında mühəndis-mexanik kimi iştirak edib. 1956-cı ildə Skenektadidə "Ceneral elektrik" şirkətinin elmi-tədqiqat mərkəzində çalışıb və burada tətbiqi riyaziyyat sahəsində problemlərin həlli ilə məşğul olub. Burada o, bərk cisimlərin tədqiqatı ilə məşğul olan alimlər qrupuna daxil edilib.

1973-cü ildə o, Leo Esaki və Brayn Devid ilə birlikdə,bərk fiziki cisimlər sahəsində Nobel mükafatına layiq görülüb. Hazırda Cayever ABŞ-da yüksək texnologiyaların istehsalı ilə məşğul olan "Applied Biophysics" şirkətinin prezidentidir.

Bakıda keçirilən konfransda iştirak etmək məqsədilə, həmçinin, Nobel mükafatı laureatı, Sankt -Peterburq Elmlər Akademiyasının vitse-prezidenti, tanınmış alim Jores Alferov da gəlib.

Xəbər lenti

Xəbər lenti