...

Nazir: "Azərbaycan iqtisadiyyatında yüksək texnologiyaların tətbiqini genişləndirmək lazımdır"

Telekommunikasiya Materials 26 Sentyabr 2007 12:15 (UTC +04:00)
Nazir: "Azərbaycan iqtisadiyyatında yüksək texnologiyaların tətbiqini genişləndirmək lazımdır"

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan iqtisadiyyatında yüksək texnologiyaların iştirakının genişləndirilməsi və təbii resurslardan asılılığın azaldılması vacib məsələdir. Bu barədə çərşənbə günü Bakıda keçirilən "Yüksək texnologiyalar sahəsində maddi və informasiya elmləri" adlı birinci beynəlxalq konfransın açılışında çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Bu tip genişlənmə yolunda vacib addımlardan biri regional innovasiya zonasının yaradılması layıhəsinin reallaşdırılmasıdır" - deyə nazir bildirib.

Regional innovasiya zonası çərçivəsində xüsusi imtiyazlara malik elmi-tədqiqat müəssisəsinin yaradılması nəzərdən keçirilir. Müəssisə innovasiya xidmətini və məhsulların effektiv istehsalını tədqiq edəcək.

"Ümidvaram ki, konfransın işi nəinki Azərbaycan üçün, həmçinin bütün regionlar üçün vacib olacaq" - deyə nazir vurğulayıb.

Konfransın işi sentyabrın 29-da başa çatacaq. Tədbirin təşkilatçısı qismində Yaponiya Fizikaçılar Cəmiyyətinin dəstəyi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çıxış edir. Konfransda Yaponiya, Azərbaycan, Almaniya və Səudiyyə Ərəbistanından olana alimlər məruzə ilə çıxış edirlər.

Konfransın rəsmi dili - ingilis dilidir.

Xəbər lenti

Xəbər lenti