...

Azercell sentyabrın 27-dən oktyabrın 7-nə qədər xidmətlərdə problemlərin olması ehtimalı ilə xəbərdar edir

Telekommunikasiya Materials 27 Sentyabr 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM müştərilərini sentyabrın 27-dən oktyabrın 7-nə qədər gecə saat 23.00 dan başlayaraq və gündüz saatlarına qədər bəzi xidmətlərdə problemlərin olması ehtimalı ilə xəbərdar edir. Şirkətədn verilən məlumata görə bu operator şəbəkəsində müasirləşdirmə işlərinin aparılması ilə əlaqədardır. Bu barədə şirkətdən məlumat verilib.

Şirkət rabitənin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə dövrü olaraq bu cür işləri həyata keçirir.

Şirkətin təqribən 2,5 mln. nəfər abonenti var. Şirkətin rabitə dairəsi Azərbaycan ərazisinin 78, respublika əhalisinin isə 99 faizini təşkil edir.

1996-cı ilin dekabrından fəaliyyətə başlayan şirkət ilk öncə müştərilərə sonradan ödəmə sistemi ilə xidmətlər təklif edirdi. Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi hesab olunur. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti