...

"Aztelekom" İB tariflərin endirilməsi ilə bağlı kampaniya elan edib

Telekommunikasiya Materials 29 Oktyabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Rabitə və İnformasiya Texnologiyalarının "Aztelekom" İstehsalat Birliyi 1 noyabr 2007-ci il tarixindən 1 fevral 2008-ci il tarixinə qədər bir sıra xidmətlər üzrə tariflərin endirilməsi ilə bağlı endirim kampaniyası elan edib.

Kampaniya çərçivəsində abonentlər CDMA nömrəsini 50% endirimlə əldə edə bilərlər. CDMA nömrəsini əldə etmək üçün potensial abonent artıq 10 manat deyil, 5 manat ödəməlidir.

Bununla yanaşı, "Aztelekom.net"in 5, 20 və 30 saatlıq irternet kartları 50% bonusa malik olacaq.

"Baktelekom" İB- də, həmçinin,,bu dövr ərzində tariflərin endirilməsi ilə bağlı kampaniya elan edib. CDMA şəbəkəsinə qoşulmaq haqqı ,50% olmaqla, 20 manatdan 10 manata endirilib.

Kampaniya rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibətilə keçirilir.

CDMA dünyada sürətlə yayılan simsiz texnologiyalardan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı CDMA-nı "üçüncü nəsil" yeni simsiz texnologiya üçün sənaye standartı seçib.

Xəbər lenti

Xəbər lenti