...

ITU Azərbaycana peyk üçün orbitada yer ayıracağına söz verib

Telekommunikasiya Materials 3 Dekabr 2007 22:35 (UTC +04:00)

Azərbaycan, Bakı müxbir Trend S.Babayev / Keçən həftə Ümümdünya radiorabitə üzrə Beynəlxalq Elektrorabitə Birliyi konafransında (International Telecommunication Union) Azərbaycana Milli AzerStar sputniki üçün orbitada yer ayıracağına söz verilib. Bu barədə bazar ertəsi rabitə və informasiya texnologiyalar nazirliyində bildiribler.

Azərbaycanın tərəfinin peyk üçün orbitada yer ayrılması müraciyətinə baxdıqdan sonra təşkilat 100 ölkə arasında Azərbaycanı 5 yerə yerləşdirimək qərarına gəlmişdir.

Rabitə nazirliyində onu bildirdilər ki, ITU orbitada yeri 2008-ci ilin birinci yarsına kimi veriləcək. Plandan kənar orbitada yerin alınması, peykin başqa xarici ölkələrin ərazisində yayımlanmasına imkan vermir. Ona görə də planlı yerin alınması daha məsləhətdir.

"Bizi Avropa maraqlandırır və biz bütün yer kürrəsinin ərazisində yayımlanmasını istəyirik", - Rabitə nazirliyində dedilər.

Laihənin maliyyələşdirilməsi ilkin mərhələdə dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bundan sonra 25 - 30% peykin resursunu Azərbaycan istifadə edəcək, qalan hissəsini isə qonşu ölkələrə satacaq. Laihənin dəyəri $80 - 100 mln. Peykin əhatə dairəsinə Avropa, Asiyanın bir hissəsi - Qazaxstan, Türkmənistan, İran daxildir.

Xəbər lenti

Xəbər lenti