...

Azərbaycan və Qazaxıstan optik kabel magistralının yaradılmasına dair biznes -plan hazırlayır

Telekommunikasiya Materials 28 Yanvar 2008 16:51 (UTC +04:00)

Azrbaycan, Bakı, 28 yanvar / Trend , müxbir S.Babayeva / Azərbaycan və Qazaxıstan Trans-Asiya-Avropa (TAA) Xəzər Dəniz optik kabel magistralı seqmentinin hazırlanmasına dair layihənin biznes-planını hazırlayır. Bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

"Hazırda biznes-plan üzərində işlər aparılır. Daha sonra, layihə çərçivəsində, inşaat işləri aparacaq şirkətlərin seçimi üzrə tender elan ediləcək", - nazirlikdən bildirilib.

Ötən ilin noyabrında Azərbaycan Qazaxıstana tenderin keçirilməsi və layihə çərçivəsində TİA hazırlanmasını təklif edib.

Nazirlikdən bildirilib ki, layihənin irəliləməsi üçün Qazaxıstan tərəfindən çox şey asılıdır. "İşlər fəal aparılsa, Qazaxıstan maraq göstərsə, layihənin həyata keçirilməsində problem olmayacaq", - nazirlikdən bildirilib.

Rabitə Nazirliyindən inşaat işlərinin aparılmasına dair hər hansı proqnozu verməkdən çətinlik çəkiblər.

TransXəzər seqmentinin layihələşdirilmiş marşrutunun - Siyəzən (Azərbaycan) - Aktau(Qazaxıstan) -- uzunluğu təxminən 380 km-dir. Mövcud marşrut Azərbaycanı dolanaraq Türkmənistan və İran ərazisindən keçir.

Azərbaycanın Rabitə Nazirliyində hesab edirlər ki, TAA kabelinin Azərbaycan ərazisindən keçirilməsi, marşrutun təxminən 2000 km qısaldılmasına gətirəcək, bu da informasiya ötürülməsi trafikini gücləndirəcək.

Dənizin dibində rabitə kabelinin inşası, 1999-cu illərdə aparılan qiymətləndirməyə əsasən, 10 mln.$ təşkil edir. Layihənin genişləndirilməsi istisna edilmir. Yekun qiymət tender aparılanda məlum olacaq.

Tərəflər, Azərbaycan - Qazaxıstan operatorları - Azərbaycanın Rabitə Nazirliyinin Beynəlxalq Rabitə və hesablamaları Mərkəzi və Qazaxıstanın "KazTransCom" arasında imzalanan protokolu əldə ediblər. Sənədə əsasən, xərclərin 50 faizini Azərbaycan, 50 faizini Qazaxıstan üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti