...

CATEL "Fonex" çərçivəsində yeni tarif planı təqdim edib

Telekommunikasiya Materials 11 Fevral 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend / Azərbaycanda CDMA standartlı Mobil rabitə operatoru olan CATEL şirkəti abunəçilərə FONEX şəbəkəsi çərçivəsində yeni "Birinci" tarif planını təqdim edib.

Şirkətin məlumatında bildirilir ki, yeni tarif planına əsasən, FONEX şəbəkəsi daxilində danışıqların 1 dəqiqəsi 1 qəpik-dəqiqə hesabı ilə, digər operatorlara isə zənglərin 1 dəqiqəsi 11 qəpik-saniyə hesabı ilə təşkil edir.

"Birinci" tarif paketi ilə FONEX şəbəkəsinə qoşulmaq 2008-ci il 1 may tarixinə qədər davam edəcək. Tarif planı 2009-cu il 1 may tarixinə kimi qüvvədə olacaq, sonra abonentlər avtomatik olaraq "Bərabər.az" tarif paketinə keçiriləcəklər.

FONEX CATEL şirkətinin 2007-ci ilin aprel ayında mobil rabitə bazarına çıxartdığı ticarət nişanıdır. FONEX mobil şəbəkəsinin əhatə dairəsinə Bakı, Xardalan, Sumqayıt, Abşeronun kənd və qəsəbələri, Gəncə, Şəmkir, Əli-Bayramlı, Mingəçevir, Kürdəmir, Ucar, Balakən, Dəvəçi və Nabran daxildir.

Xəbər lenti

Xəbər lenti