...

Azerfon Banqladeşlə birinci rouminq-saziş bağlayıb

Telekommunikasiya Materials 11 Mart 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ " Çərşənbə günündən etibarən, Azərbaycanın Nar Mobile mobil rabitə operatorunun öncədən ödənilşli tarif planlarının bütün istifadəçiləri Qazaxstan, Banqladeş və İtaliyada Beynəlxalq rominq xidmətindən faydalana bilərlər. Şirkətin məlumatına görə, Nar Mobile-ın yeni tərəfdaşları Qazaxıstanda Sky Mobile LLC, Tacikistanda Babilon-Mobile, Banqladeşdə AKTEL, İtaliyada isə, Vodafone Omnitel operatorlarıdır.

Bu, Banqladeşlə rominq sahəsində ilk əməkdaşlıqdır. Belə ki, Qazaxstanda Kar-Tel Ltd (Beeline) və NEO/MTS operatorları, Tacikistanda Indigo Tajikistan (South) və JV Somoncom (North) operatorları, İtaliyada isə, Telecom operatoru ilə Nar Mobile arasında müqavilələr artıq imzalanıb.

Hazırda Nar Mobile Beynəlxalq rominq əhatə dairəsinə daxil olan ölkələrin sayı 220, operatorların sayı 430-u ötüb. Eyni zamanda, 8 GPRS sazişi də qüvvədədir.

Rominq xidmətinin aktivləşdirilməsi ücün abunəçilərin Nar Mobile Mərkəzlərinə müraciət etməsi kifayətdir. Beynəlxalq rominq xidmətindən yararlanmaq ücün əlavə depozit məbləği tələb olunmur.

Nar Mobile - Azərbaycanda Beynəlxalq rominq ximətini öncədən ödənişli tarif planlarının bütün istifadəçilərinə təklif edən ilk mobil operatordur.

Azerfon BM 2007-ci il martın 21-dən Nar Mobile ticarət nişanı altında Azərbaycan ərazisində mobil rabitə xidməti göstərir. Nar Mobile xidmətindən 300 mindən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti