...

"Azercell Telecom" mayın 29-dan iyunun 10-dək yarana biləcək problemlərlə bağlı abunəçilərini xəbərdar edir

Telekommunikasiya Materials 29 May 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" mayın 29-dan iyunun 1-dək gecə və səhər vaxtlarında saat 23.00-dan başlayaraq, zəng və bəzi xidmətlərdə yarana biləcək problemlərə görə abunəçilərini xəbərdar edir. Bu barədə şirkətdən məlumat verilib.

Bu, operatorun şəbəkələrinin təkmilləşdirilməsi işləri ilə əlaqədardır.

Bu gün "Azercell Telecom" abunəçilərin sayı üç mln.nəfəri üstələyir.

"Azercell Telecom" MMC yanvarın 19-da təsis edilib. Azercell Telecom BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi kimi təsis edilib. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi Turkcell-ə məxsusdur. Bu gün o, tam olaraq özəlləşdirilmiş şirkət kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti