...

Azərbaycan Ümumdünya Poçt Konqresinə hazırlaşır

Telekommunikasiya Materials 3 İyun 2008 20:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun/ Trend , müxbir S.Babayev/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya Poçt İttifaqının XXIV Ümumdünya Poçt Konqresində iştirak edəcək. Konqres iyulun 23-dən avqustun 12-dək Berndə keçiriləcək. Bu barədə nazirlikdən məlumat veriblər.

"Bu, dünya poçtunda vacib hadisədir və biz konqresdə iştirakda çox maraqlıyıq", - nazirlikdən bildiriblər.

Dövlət idarəsindən bildiriblər ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun simasında nümayəndə heyətinin rəhbəri müəyyən edilib.

"Bizim üçün konqres onunla da vacibdir ki, ölkə ÜPİ-nin İnzibati Şurasının üzvlüyünə öz namizədliyini irəli sürüb", - nazirlikdəki mənbə bildirib.

Dövlət idarəsindən bildiriblər ki, Azərbaycanın ÜPİ-nin İnzibati Şurasına üzvlüyü ölkənin təşkilatda maraqlarının ifadə edilməsi və dünya ictimaiyyətinə inteqrasiyası baxımından fövqəladə vacibdir.

Ümumdünya Poçt İttifaqı (UPU - fransızca Union Postale Universelle və ingiliscə Universal Postal Union sözlərindən) Ümumdünya Poçt İttifaqı tərəfindən formalaşdırılan vahid poçt ərazisində poçt əlaqələrinin təmin edilməsi və təkmilləşdirilməsi üçün dövlətlərarası təşkilatdır. O, Azərbaycan da daxil olmaqla, dünyanın, demək olar ki, bütün ölkələrini birləşdirir.

Təşkilatın vəzifələrinə eyni formalı beynəlxalq poçt əlaqələrinin qurulması və Ümumdünya Poçt Konvensiyası və əlavə sazişlər vasitəsilə beynəlxaql poçtla mübadilənin asanlaşdırılması, ittifaqa üzv dövlətlərin poçt əməkdaşlığına yardım, beynəlxalq poçt rabitəsi üçün tariflərin müəyyən edilməsi (tranzit xərcləri də daxil olmaqla), ittifaqın üzvləri arasında mübahisəli məsələlərin nizamlanmasıdır.

Ümumdünya Poçt Konqresi ÜTİ-nin hər beş ildən bir çağırılan ali orqanıdır. Konqresdə ittifaqa üzv bütün dövlətlər eyni səviyyədə təmsil olunublar.

Konqresin qarşıdakı görüşündə təşkilatın rəhbərliyi, İnzibati və İstismar Şurasının tərkibi yenidən seçiləcək.

Azərbaycan 1993-cü ildin aprelindən ÜPİ-nin və təşkilatın Buxarestdə keçirilən ötən konqresdə seçilmiş İnzibati Şurasının üzvüdür.

Xəbər lenti

Xəbər lenti