...

İntel Azərbaycanla əməkdaşlıqda yeni təşəbbüslərlə çıxış edir

Telekommunikasiya Materials 5 İyun 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend / Bu gün İntel Korporasiyası Direktorlar Şurasının sədri Kreyq Barret (Craig Barrett) özünün Azərbaycana birinci səfəri zamanı İntel-in Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıqda bir sıra təşəbbüslərə başladığını elan edib.

Şirkətin məlumatında bildirilir ki, İntel Korporasiyası və Azərbaycan hökuməti iyunun 5-də Bakıda imzalanmış saziş çərçivəsində, təhsil, yüksəksürətli naqilsiz kommunikasiyalar, rəqəmli səhiyyə metodları və yüksəksəmərəli hesablamalar sahələrində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi üzərində birgə işləyəcəklər.

Saziş yeni təhsil təşəbbüslərinə başlamağa və naqilsiz texnologiyaları inkişaf etdirməyə imkan verəcək.

İntel Korporasiyası 2009-cu ildə Azərbaycan məktəblərinə 1 min Classmate PC tədris kompüterlərini - İntel texnologiyaları bazasında xüsusi olaraq tədris prosesində istifadə üçün nəzərdə tutulmuş ucuz çoxfunksiyalı noutbuk verməyi planlaşdırır. Bundan əlavə, İntel korporasiyası xüsusi olaraq müəllimlər üçün yeni təhsil sisteminin tətbiqinə yönəlmiş tədris proqramı keçirmək, həmçinin, sertifikatlaşdırma və tədris sistemlərinin mətkəblərə çatdırılması üzrə xidmətlərin haqqını ödəməyi planlaşdırır.

Müəllimlər üçün tədris proqramı İntel-in 2006-cı ildə Azərbaycanda informasiya və telekommunikasiya texnologiyalarının təhsil prosesinin optimallaşdırılması üçün inteqrasiya metodları haqqında müəllimlərə biliklərin verilməsinə yönəlmiş "Gələcək üçün təhsil" (İntel Teach) proqramının reallaşdırılmasının gedişində əldə olunan nəticələrə əsaslanıb. Hazırda bu peşəkar inkişaf proqramı çərçivəsində iki mindən çox Azərbaycan müəllimi hazırlanıb. Bu gün imzalanan sazişə İntel-in 2008-2010-cu illərdə Azərbaycanın bütün müəllimlərinin 40 faizini əhatə edəcək "Gələcək üçün təhsil" proqramının genişləndirilməsi və proqrama Azərbaycanın pedaqoji institutlarında müəllimlərin öyrədilməsi planının əlavə edilməsi daxildir.

Sınaq layihənin dəstəklənməsi üçün prezident administrasiyası, Rabitə Nazirliyi və İntel korporasiyası tərəfindən işçi komitə formalaşdırılacaq. Bundan əlavə, İntel və hökumət üzvləri İntel-in "Gələcək üçün təhsil" proqramı çərçivəsində müəllimlərin informasiya və telekommunikasiya texnologiyası sahəsində peşəkar hazırlanmasını təşkil etməyi planlaşdırırlar. Bu günkü sazişdə göstərilmiş əlavə təşəbbüslərə rəqəmli texnologiyaların yayılması üzrə 2008-2012-ci illərə hesablanmış Milli Proqramın yaradılması daxildir.

İntel Azərbaycan ərazisində İnternetə çıxışın asanlaşdırılması məqsədilə, milli təhsil sistemi üçün naqilsiz rabitənin təmin edilməsi üzrə layihələrə cəlb olunmuş telekommunikasiya xidmətləri tədarükçülərinə əlverişli şəraitin yaradılması işində hökumətlə əməkdaşlıq edəcək. Bu səylər Wi-Fi və WiMAX kimi yüksəksürətli naqilsiz texnologiyaların yayılmasına yönələcək.

Barret Azərbaycana Intel World Ahead proqramının nümayəndəsi və BMT-nin informasiya və telekommunikasiya texnologiyaları və inkişaf üzrə Qlobal Alyansının (United Nations Global Alliance for ICT and Development, UN GAID) rəhbəri kimi baş çəkib. Barret bu həftənin əvvəlində Rusiya və Qazaxıstanda olub, sabah isə Dünya İqtisadi Forumu və forum çərçivəsində keçriləcək Rusiya şirkətləri prezidentlərinin Dəyirmi masasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.

Xəbər lenti

Xəbər lenti