...

İntel korporasiyası "Xalq kompüteri" kimi proqramların hazırlanmasında Azərbaycana yardım etməyə hazırdır

Telekommunikasiya Materials 5 İyun 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir S.Babayeva/ Bizim dünyanın təxminən 60 ölkəsində "Xalq kompüteri" kimi proqramların hazırlanmasında zəngin təcrübəmiz var və bu sahədə Azərbaycana yardım etməyə hazırıq. Bu barədə cümə axşamı İntel korporasiyası Direktorlar Şurasının sədri Kreyq Barrett (Craig Barrett) məlumat verib.

"Bizim əsas səylərimiz kompüterləri əhalinin geniş təbəqələri üçün əlçatan etməkdir", - o bildirib.

Barretin sözlərinə görə, belə növ proqram və layihələrin reallaşdırılmasında əsas sponsorluq ənənəvi olaraq hökumətin üzərinə düşür. Lakin, icraçılar dövlət orqanları ilə əməkdaşlıqda proqramları və layihələri işləyən şirkətlər olurlar.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cümə axşamı bildirib ki, bu gün ilk dəfə olaraq ölkəyə gəlmiş İntel-in nümayəndələri ilə görüş zamanı müzakirə edilən məsələlərdən biri korporasiyanın "Xalq kompüteri" layihəsində iştirakının dəqiq istiqaməti olub. Abbasov danışıqların təfərrüatını açıqlamayıb.

Layihənin reallaşdırılması üçün Rabitə Nazirliyində bir sıra nazirliklərin, İntel və Microsoft-un mütəxəssislərindən ibarət xüsusi işçi qrupu yaradılıb.

Layihə əhalinin aztəminatlı təbəqələrinə aşağı faiz dərəcələri altında uzunmüddətli kreditlə kompüterlərin təqdim edilməsinə yönəlib.

Layihənin şərtlərinin razılaşdırılmasından sonra təkliflər nəzərdən keçirilmək üçün hökumətə təqdim ediləcək.

Nazirlikdə ilin sonunadək layihənin ölkənin regionlarından birində sınaq layihə kimi reallaşdırılmasına başlanılmasını planlaşdırırlar.

Bu il əhalinin aztəminatlı təbəqələrinə təqdim edilmək üçün 10 min kompyuterin alınması nəzərdə tutulur. İlkin mərhələdə bu kompüterlərin tələbə və müəllimlərə verilməsi variantları nəzərdən keçirilir.

Layihə üç ilə hesablanıb. Lakin bəzi düzəlişlər istisna edilmir. Layihənin ümumi dəyəri hələ müəyyən edilməyib.

Rabitə Nazirliyinin məlumatına görə, Azərbaycanda hər 100 nəfərə beş-altı kompüter düşür. Dünya üzrə isə orta göstərici hər yüz nəfərə 20-25 kompüterdir. Ölkədə internet istifadəçilərin sayı 1 mln. nəfərə çatır. Bunun cəmi 2-3 faizi regionların payına düşür.

Xəbər lenti

Xəbər lenti