...

İT texnologiyaları Rusiyanın qarşısında biznes üçün yeni imkanlar açacaq – "Microsoft İnternational"ın prezidenti

Telekommunikasiya Materials 7 İyun 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyun/ Trend , müxbir S.Babayeva/ Müasir informasiya texnologiyaları biznes və yeni şirkətlərin yaradılması üçün Rusiyanın qarşısında yeni imkanlar açacaq. Bu barədə şənbə günü XII Peterburq İqtisadi Forumunda çıxış edən "Microsoft İnternational"ın prezidenti Jan-Filipp Kurtua (Jean-Philippe Courtois) bildirib.

"Biz burada [Rusiyada] artıq 15 ildir ki, işləyirik. Bizim pis və çətin vəziyyətlərimiz olub. Lakin biz görürük ki, Rusiya indi yeni vençur fondları üçün hazırdır", - o bildirib.

Onun sözlərinə görə, bütün dünyada təhsil sahəsi böyük əhəmiyyət kəsb edir və Rusiya istisna deyil.

"Rusiyada daim yaxşı təhsil sistemi olub və indi Rusiyanın Təhsil Nazirliyi 35 şirkətlə 60 min məktəb üçün PT-nin hazırlanmasına dair yeni layihə üzərində işləyir", - Kurtua qeyd edib. Layihənin nəticəsində 12 milyon şagird və tələbə təlim alacaq və bu, Rusiya üçün yeni mütəxəssislərin hazırlanması deməkdir.

Kurtua hesab edir ki, biznes, hökumət, elm və cəmiyyətin simbiozunun daxil olduğu qabaqcıl infrastruktur uğurlu ola bilər.

Xəbər lenti

Xəbər lenti