...

"CATEL" Göyçayda "CDMA" xidməti tətbiq edib

Telekommunikasiya Materials 10 İyun 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Babayeva / Azərbaycanın "FONEX" brendi ilə "CDMA" standartlı mobil rabitə operatoru Göyçay rayonu və yaxın kəndlərin ərazisində əhatə zonasını genişləndirib. Şirkətin məlumatına görə, yaxın vaxtlarda Ağstafa, Lənkəran və Masallıda baza stansiyaların quraşdırılması tamamlanacaq.

"FONEX" - 2007-ci ilin aprelində mobil rabitə bazarında təqdim olunan "CATEL" şirkətinin ticarət markasıdır. Bakı, Xırdalan, Sumqayıt, həmçinin Abşeron, Gəncə,Şəmkir, Şirvan (Əli-Bayramlı), Mingəçevir, Kürdəmir, Ucar, Balakən, Dəvəçi, Nabran və Göyçayın yaşayış məntəqələri "FONEX"in mobil rabitə xidməti zonasına daxildir.

"CATEL" 2003-cü ilin ortalarından "3G CDMA" standartlı xidmətlər təklif edir, lakin "CDMA" şəbəkəsinin rəsmi açılışı 2004-cü il avqustun 13-də olub.

Xəbər lenti

Xəbər lenti