...

Azercell Qazaxıstan operatoru ilə rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 29 İyul 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend /Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" ilə Qazaxıstanın "Mobile Telecom-Service" LLP (NEO) (GSM 900) operatoru arasında birtərəfli Beynəlxalq rouminq xidməti istifadəyə verilib.

Azercell-in verdiyi məlumata əsasən, bu, Qazaxıstandan olan mobil operatorla üçüncü rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda Qazaxıstanın "K'Cell" və "Kartell LLC" operatorlarının xidmətindən yararlanırlar.

"Azercell Telekom" MMC 141 ölkənin mobil rabitə operatorları ilə 348 rouminq sazişi bağlayıb. Operatorun abunəçilərinin sayı 3 mln. nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti