Azərbaycan, Bakı, 13 noyabr/ Trend / Azərbaycanın iri mobil rabitə operatoru "Azercell Telecom" dörd yeni operator ilə GPRS/MMS rouminq xidmətini abunəçilərin istifadəsinə verib. "Azercell"in məlumatında bildirilir ki, bunlar Tayvanın "FarEasTone", Litvanın "Bite", Lüksemburqun "P& T" və Macarıstanın "Pannon" şirkətləridir.
Bu, Tayvan, Litva, Lüksemburq ilə ilk, Macarıstanla ikinci GPRS/MMS rouminq sazişidir. Hazırda "Azercell Telecom" abunəçiləri Macarıstanın "Vodafone" operatorunun xidmətlərindən də istifadə edirlər.
Bu gün" Azercell Telecom" dünyanın 68 ölkəsinin 158 şəbəkə operatoru ilə GPRS/MMS sahəsində rouminqə dair saziş imzalayıb.