...

Nar Mobile abunəçilərinə yeni "Mobil köçürmə" xidməti təqdim edib

Telekommunikasiya Materials 25 Noyabr 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon çərşənbə axşamı bütün Nar Mobile öncədən ödənişli tarif planlarının istifadəçilərinə Mobil Köçürmə xidməti təqdim edib.

Mobil Köçürmə xidməti abunəçilərə öz hesablarından istənilən Nar Mobile abunəçisinin balansını çox rahat şəkildə artırmaq imkanı yaradır. Xidmət heç bir əlavə quraşdırılma və ya aktivləşdirilmə tələb etmir.

Xidmətdən istifadə etməklə, abunəçi öz istəyinə əsasən, digər istifadəçinin balansına 1, 2, 3 və ya 4 AZN məbləğində vəsait köçürə bilər.

Xidmətdən yararlanmaq üçün, sadəcə olaraq, abunəçinin nömrəsi  #  köçürülən məbləğ şifrəsini yazaraq,790 nömrəsinə SMS göndərmək və ya mobil telefonda * 790 #  abunəçinin nömrəsi  # köçürülən məbləğ  #  şifrəsini yığmaq kifayətdir. Xidmətin qiyməti 0,06 AZN təşkil edir. Mobil Köçürmə xidməti abunəçilərin daha sərbəst və rahat şəkildə ünsiyyət qurmalarını təmin etmək üçün yaradılıb.

Nar Mobile abunəçilərinə Mobil Köçürmə xidməti ilə yanaşı, Mənə Zəng et xidməti də istifadəyə verilib.

Tamamilə pulsuz olan Mənə Zəng et xidməti balansında zəng üçün kifayət qədər vəsaiti olmayan abunəçiləri mobil rabitə ilə təmin etmək məqsədilə yaradılıb. Bu xidmətdən istifadə etmək üçün *776 # (operatorun kodu) (yığılan abunəçinin nömrəsi) # YES şifrəsini yığmaq kifayətdir.

Аzerfon (Nar Mobile ticarət nişanı) 2005 - ci ilin dekabrında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ölkə ərazisində mobil rabitə xidmətlərinin göstərilməsinə lisenziya alıb. Şirkət 2007- ci il martın 21 - də kommersiya fəaliyyətinə başlayıb. Operatorun abunəçilərinin sayı 850 min nəfəri ötür.

Xəbər lenti

Xəbər lenti