...

Rusiya Abxaziyaya ayrica telefon kodu təklif edə bilməz - KNMK

Telekommunikasiya Materials 6 Yanvar 2009 12:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 yanvar/ Trend , müxbir N.Kirtsxalia/ Rusiya Gürcüstana ayrica telefon kodu təklif edə bilməz. Bu barədə Gürcüstanın kommunikasiyaların nizamlanması üzrə milli komissiyasından (KNMK) məlumat veriblər.

"Rusiya Abxaziyaya yalnız rusiyalı abonentlərin istifadə edə biləcəyi öz kodunu - 7 - ni ayira bilər", - KNMK-da deyiblər.

Komissiyada qeyd ediblər ki, hər bir ölkəyə ayrıca kodu BMT-nin yarımbölməlrindən biri təqdim edir. Abxaziyanın bu cür ayrıca kod alması üçün BMT əvvəlcə Abxaziyanın müstəqilliyini tanımalıdır.

Bu ərəfədə Rusiya KİV-ləri xəbər veriblər ki, Rusiyanın Nəqliyyat və Kommunikasiya Nazirliyi Abxaziyaya müstəqil telefon kodunun ayrılması barədə qərar qəbul edib. Həmin məlumatda həm də bildirilir ki, Abxaziyadan xarici ölkələrə Gürcüstan kanalından deyil, Rusiya kanallarından zəng etmək mümkün olacaq. Abxaziya ilə telefon əlaqəsi indiyədək Gürcüstanın kodu ilə həyata keçirilirdi.

Xəbər lenti

Xəbər lenti