...

"Baktelekom" Bakı üçün yeni taksofonlar alıb

Telekommunikasiya Materials 16 Yanvar 2009 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar / Trend ,müxbir S.Babayeva/

İB-nin rəhbəri Beytulla Hüseynovun  cümə günü bildirdiyinə görə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" Istehsalat Birliyi insanların çox olduğu yerlərdə quraşdırılacaq 200 ədəd əlavə universal taksofon alıb.

" Taksofonların saxlanılması maliyyə cəhətdən sərfəli olmasa da, onlardan tam imtina etməyi düzgün saymırıq. Bu taksofonların  da öz istifadəçiləri var",- deyə Hüseynov bildirib.

Ötən il İB 110 ədəd belə aparat alıb, onların 10 ədədi CDMA - taksofonlardır.

"Baktelekom"-un rəhbərinin sözlərinə görə, Çin istehsalı olan 200 aparatdan başqa, ölkənin uzaq yaşayış məntəqələrində quraşdırılacaq 50 CDMA taksofon da alınıb. İB-də hesab edirlər ki, 2009-cu ildə Bakıda taksofonların quraşdırılması başa catacaq və bununla, paytaxtda onlara tələbat ödəniləcək. BTRİB - dən başqa, şəhərdə Azeurotel də universal taksofonlar quraşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti