...

Yanvarın sonunadək Bakının bütün poçt şöbələri Azerpoçtun avtomatlaşdrılmış sisteminə qoşulacaq

Telekommunikasiya Materials 23 Yanvar 2009 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir S.Babayeva/ Yanvarın sonunadək Bakının bütün poçt şöbələri Azerpoçt Dövlət Müəssisəsi üçün "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində yaradılan avtomatlaşdırılmış korporativ informasiya sisteminə qoşulacaq. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Poçt sistemi, maliyyə və avtomatlaşdrılmış - əməliyyat sistemi HP, Colvir və Sinam konsorsiumu tərəfindən hazırlanıb.

Sistem həm maliyyə, həm də poçt məsələləri üzrə çoxsaylı modulları özündə birləşdirir. İlk modullar maliyyə elementlərindən - ödəmə, depozit, xəzinədarlıq, aktiv və passivlərin idarə olunması, likvidliyin idarə olunması, informasiya idarəetmə sistemi, avtomatlaşdırılmış mühasibat dəftərlərindən ibarədir. Poçt modulları - poçt göndərişləri, o cümlədən beynəlxalq göndərişlərin izlənilməsi və poçt xidmətlərinin avtomatlaşdırılması sistemidir.

Bu gün modulların birinci fazası başa çatıb və paytaxtın 50 poçt şöbəsi sistemə qoşulub.

Rabitə Nazirliyindən bildriblər ki, sistem tam olaraq sentyabrda istifadəyə veriləcək.

Əsas komponenti ölkənin poçt şəbəkəsinin təkmilləşdirilməsi olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin dəyəri  17,5 mln. dollar təşkil edir. Bununla belə Dünya Bankı 12,25 mln. dollar həcmində kredit ayıracaq, vəsaitin qalan hissəsi Azərbaycan hökumətinin payına düşür. Layihənin məqsədi maliyyəxidmətlərinin həyata keçirilməsi üçün ölkənin poçt şəbəkəsinin müasirləşdirilməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti