...

Azərbaycanın Rabitə Nazirliyi ilk telekommunikasiya rabitə peykinin yaradılması və orbitə buraxılması üzrə tender elan edib

Telekommunikasiya Materials 24 Yanvar 2009 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peykinin buraxılması layihəsi çərçivəsində tender elan edib.

Tenderin mövzusu ölkənin ilk telekommunikasiya peykinin yaradılması və orbitə buraxılmasıdır.

Beynəlxalq Elektrorabitə İttifaqı (ITU) Azərbaycana iki planlı orbital mövqe ayırıb ki, bu da ölkənin daxilində yayıma imkan verir. Buna baxmayaraq, plandan kənar mövqeyin (digər ölkələrə yayım) səmərəliliyini nəzərə alaraq, 20 il müddətinə bu qəbildən olan mövqeyin icarəsi barədə razılaşma imzalanıb.

Ötən il Azərbaycanın Rabitə Nazirliyi Türkiyənin "Turksat" şirkəti ilə, onun orbital mövqeyinin Azərbaycan peyki tərəfindən istifadəsinə dair əməkdaşlıq protokolu imzalayıb.

Rabitə peykinin buraxılması layihəsinin dəyəri 200 mln. dollardır. Rabitə Nazirliyinin proqnozlarına görə, layihə öz xərcini peyk buraxıldıqdan beş il sonra ödəyəcək, növbəti 15 ildə layihə artıq Azərbaycana xeyli gəlir gətirəcək.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın əvvəlində ölkədə kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Azərbaycanın Avropa və Asiya arasındakı coğrafi və iqtisadi məkanda əlverişli yer tutması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin yaradılması və orbitə çıxarılmasını zəruri edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti