...

Naxçıvan MR-da rabitə xidmətlərinin həcmi 30 faizi ötüb

Telekommunikasiya Materials 30 Mart 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Babayeva /

"2009-cu ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) 4,03 milyon dollarlıq rabitə xidməti göstərilib. Bu 2008-ci ilin analoji dövrü ilə müqayisədə 31 faiz çoxdur", - bazar ertəsi NMR-in Bakıdakı daimi nümayəndəliyindən deyilib.

"Göstərilən xidmətlərin 81,6 faizi, yaxud 3,3 milyon manatı artımı 37,2 faiz təşkil edən özəl şirkətlərin payına düşüb", - nümayəndəlikdən bildirilib..

Sadəcə Rabitə və İnformasiya Texnologiyaları tərəfindən Muxtar Respublikaya göstərilən xidmətlərin dəyəri 740 min manat olub. Bu da 2008-ci ildə qeydə alınan rəqəmdən 9,2 faiz çoxdur.

İki ay ərzində nazirlik 459 telefon xətti çəkib.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın qərbində yerləşir. Şimal və şərqdən Ermənistan, qərb və cənubdan isə Türkiyə və İranla həmsərhəddir. NMR-in ümumi sahəsi 5,5 min kv. km-dir. Əhalisinin sayı 360 min nəfərdən çoxdur. Muxtariyyətin paytaxtı Naxçıvan şəhəridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti