...

Azərbaycanda telefon danışıqları trafiki artıb

Telekommunikasiya Materials 5 May 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir S.Babayeva /

"Bu ilin birinci rübü ərzində Azərbaycanda daxil olan beynəlxalq zənglər üzrə telefon danışıqlarının trafiki 27,3 milyon dəqiqə, yaxud 2008-ci ilin analoji dövrü ilə müqayisədə 27 faiz artıb", - Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyilib.

Bu dövr ərzində çıxan zənglərin trafiki 5,4 milyon dəqiqə, yaxud 16,8 faiz artıb.

2008-ci ildə daxil olan trafikin həcmi 126,2 milyon dəqiqə artımla 515,4 milyon dəqiqə, çıxan zənglər isə 35,4 milyon dəqiqə artımla 155 milyon dəqiqə təşkil edib.

Hökumətin proqnozlarına əsasən, Azərbaycanda 2011-ci ilə qədər hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19,8 ədədə çatacaq ki, hazırda bu rəqəm 15-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti