...

Aztelekom NGN şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 29 İyun 2009 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir Q.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi Gəncə şəhərinin 54 və 55 saylı ATS-lərində  NGN (Next Generation Networks) texnologiyalarının tətbiqi üzrə işlər aparır.

Gəncə şəhərində NGN layihəsi Huawei Technologies-in avadanlıqları əsasında həyata keçirilir. Hal-hazırda yuxarıda göstərilən ATS-lərdə optik rabitə xətlərinin çəkilməsi üzrə işlər aparılır.

Aztelekom İB-nin məlumatına əsasən, NGN-nin tətbiqindən sonra ATS-in nömrə tutumu 37 min nömrəyə kimi artacaq, onlardan 20 mini 54 və 55 saylı ATS-lərə məxsus olacaq. Qalan 17 min isə digər ATS-lərə paylanacaq.

Operator NGN-layihələrini realizə etdikcə bütöv xidmət paketinin təqdim edilməsi üçün faydalı olan şəbəkənin daimi olaraq yeni konvergent infrastrukturu formalaşır. Bu infrastrukturun köməyi ilə abunəçilərə konvergent xidmətlərin göstərilməsinin təmin edilməsi imkanı yaranır.

NGN-nin yaradılması mövcud telekommmunikasiya şəbəkələrinin geniş miqyasda yenidən qurulmasının nəticəsidir. NGN-nin tətbiqi şəhər əhalisinə ənənəvi rabitə xidmətləri ilə yanaşı, IP telefon, geniş zolaqlı internet, IP-TV xidmətlərinin göstərilməsinə imkan yaradacaq. Şəbəkə bazasında gələcək nəsillərə təqdim edilən xidmətlər spektri perspektivi daimi olaraq genişlənəcək.  

Xəbər lenti

Xəbər lenti