...

Azərbaycan bazarı regionda stabil və daima inkişaf edən bazarlardan biridir - Motorola

Telekommunikasiya Materials 16 İyul 2009 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend , Q.Vəliyev /
 

"Azərbaycan bazarı regionda stabil və daima inkişaf edən bazarlardan biridir və biz bisnesimizin uğurlu inkişafına ümid edirik", - deyə çərşənbə günü təşkil olunmuş Motorola EMb seminarı çərçivəsində Yaxın Şərq, Rusiya, Türkiyə, Orta Asiya və Azərbaycan regionunda satış üzrə regional menecer Tarek Hassayni (Tarek Hassaniyeh) bildirib.
Hasseyninin qeyd etdiyi kimi, Motorola EMb-nın qərarı müştərilərə müxtəlif sənaye sahələrində kömək edir, şirkət daxilində işgüzar əməliyyatları yaxşıladırmağa imkan verir.
 "Müştərilərin qənaətbəxş tələblərinə istiqamətlənmış təkliflərimiz innovasiya layihələri və idarə olunma imkanları üzrə texnologiyalar və real vaxt ərzində işgüzar kritik informasiyaya giriş imkanlarını özündə birləşdirir", - Hassayni qeyd edib.
Motorola EMb (əvvəl Symbol Technologies) şirkətinin texnoloji seminarı dövlət və özəl struktur nümayəndələri üçün təşkil edilib. Seminarın işində maliyyə, sığorta, telekommunikasiya, tibb və iqtisadiyyatın digər sahələrinin nümayəndələri iştirak edib.
Seminar Motorola EMb-nın Azərbaycandakı  avtorizə edilmiş tərəfdaşları, həmçinin tərəfdaş şirkət Zebra Technologies-in iştirakı ilə keçirilib.
Широкую презентацию по продукции Motorola EMb провела территориальный менеджер Motorola EMb по Казахстану, Средней Азии и Азербайджану Алма Игибаева, отметив, что рынок Азербайджана активно развивается, компания намерена укреплять свои позиции в области поставок решений по автоматизации и идентификации.
Motorola EMb məhsulu üzrə geniş təqdimatı Motorola EMb-nın Qazaxıstan, Orta Asiya və Azərbaycan üzrə ərazi meneceri Alma İqibaeva həyata keçirib. O, qeyd edib ki, Azərbaycan bazarı fəal şəkildə inkişaf edir, şirkət avtomatlaşdırma və eyniləşdirmə üzrə vasitələrin tədarük edilməsi sahəsində öz mövqeyini möhkəmlətmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti