...

Microsoft Dağlıq Qarabağın statusunun düzgün əks olunması üçün Bing Maps-dəki məlumatları korrektə edir

Telekommunikasiya Materials 10 Avqust 2009 12:36 (UTC +04:00)
Microsoft Dağlıq Qarabağın statusunun düzgün əks olunması üçün Bing Maps-dəki məlumatları korrektə edir

Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir Q.Vəliyev /

Microsoft şirkəti dünya konsensusunda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi əks olunması üçün öz məlumatlarını korrektə edir. Microsoft Azerbaijan-ın mətbuat xidməti xəbər verir.

Microsoft Azerbaijan-ın bəyanatına əsasən, hazırda korporasiyanın bütün kartoqrafiya məlumatlarının yenilənməsi prosesi həyata keçirilir. Onun tamamlanmasından sonra bu il Azərbaycan respublikasının Bing Maps-dəki xəritəsində bütün lazımi dəyişikliklər əks olunacaq.

MSN Weather portalında yerləşdirilən məlumata gəldikdə isə, sözügedən halda səhv olub ki, bu da ən yaxın zamanlarda aradan qaldırılacaq. Microsoft-MSN korporasiyasının internet saytının "Hava" bölməsində ölkələr siyahısında Dağlıq Qarabağ ayrı dövlət kimi göstərilib.

Microsoft-un bəyanatına əsasən, korporasiya Azərbaycanın bütövlüyünü tanıyır və dünyada coğrafiyaya müxtəlif, bəzən isə əks baxışların mövcud olmasını nəzərə alır.

Bununla yanaşı, Microsoft coğrafi xarekterli məhsullar təqdim edərkən beynəlxalq cəmiyyətin, həmçinin müstəqil akademik və tədqiqat təşkilatlarının təcrübəsini və rəyini də nəzərə alır.

Что касается Encarta maps, то данный продукт обновляться не будет, так как вся продуктовая линия Encarta снята с производства.

Encarta maps-a gəldikdə isə, sözügedən məhsul yenilənməyəcək, belə ki, Encarta-nın bütün məhsul xətti istehsaldan çıxarılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti