...

Azərbaycanın poçt rabitəsi operatoru bank maliyyə xidmətlərinin göstərilməsinə texniki cəhətdən hazırdır

Telekommunikasiya Materials 13 Oktyabr 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir H.Vəliyev/

Azərpoçt MMC texniki cəhətdən bank maliyyə xidmətlərinin göstərilməsinə hazırdır, bu barədə jirnalistlərlə söhbətində Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə əsasən, hazırda Azərpoçt qanunvericiliyə uyğun olaraq kredit verilməsi istisna olmaqla bank xidmətlərinin hər növünün göstərilməsinə dair icazə alıb.

Bank maliyyə xidmətlərinin göstərilməsi avtomatlaşdırılmış korporativ-informasiya sisteminin təbiqi sayəsində mümkün olacaq. İndiyə kimi sistem uğurla sınaqdan çıxıb və təcrübə istismarına tamamilə hazırdır.

İlkin mərhələdə poçt şöbələri məhdud bank əməliyyatları göstərəcək, onlara kassa əməliyyatlarının aparılması, pul köçürmələri və müştəri hesablarının açılması daxildir. Uzunmüddətli perspektivdə əhaliyə kreditlərin verilməsi də nəzərdə tutulub.

Azərpoçt-un əməliyyatlar şöbəsinin rəhbəri Rövşən Rüstəmovun sözlərinə əsasən, Azərpoçt Azərbaycanın bank sisteminə çıxaraq bu bazar oyunçuları ilə ciddi rəqabət aparacaq. Hazırda Azərbaycanın bank bazarında 46 bank fəaliyyət göstərir, onların filiallarının ümumi sayı 500-dən çoxdur, Azərpoçt-un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti