...

Azərbaycanın mobil rabitə operatoru simsiz İnternetin inkişafını stimullaşdırır

Telekommunikasiya Materials 30 Noyabr 2009 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom DNS Computers kompüter texnikası mağazaları şəbəkəsi ilə yeni kampaniyanın keçirilməsini elan edir, şirkətin məlumatında deyilir.

Dekabrın 2-də start götürəcək kampaniya çərçivəsində DNS Computers ticarət şəbəkəsindən portativ və ya stolüstü kompüter alan hər bir abonentə hədiyyə olaraq Azercell Datakart, Azercell Fakturalı Xətt nömrəsi və 12 faktura dövrü ərzində hər 30 (otuz) təqvim günü üzrə 100 MB həcmdə GPRS data trafikindən pulsuz istifadə etmə imkanı veriləcək.

Hədiyyə verilən GPRS data trafikindən artıq istifadə olunan hər 1 MB üçün 0,07 AZN (ƏDV xaric) məbləğində xidmət haqqı tətbiq ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti